Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Daşkənddə nəqliyyat sahəsinə dair toplantıda iştirak edir

Azərbaycan bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində işə başlamış və sabah başa çatacaq Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı toplantısında iştirak edir.

Boyukmillet.com bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, toplantı çərçivəsində TDT-yə üzv dövlətlərin nəqliyyatın inkişafı üzrə işçi qrupunun 11-ci, qardaşlaşmış limanların 5-ci və dəmir yolu qurumlarının nümayəndələrinin 1-ci iclası da keçirilir.

Tədbirdə iştirak edən ASCO-nun İstismar kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov qurumun fəaliyyətinə dair geniş təqdimatdan sonra ona ünvanlanan sualları cavablandırıb. O, Özbəkistan istiqamətində daşınan yüklər ətrafında aparılan müzakirələrlə bağlı da fikirlərini səsləndirib.

Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə həyata keçirilən daşımaların effektivliyinin daha da artırılması, regionun tranzit potensialının inkişafı, eləcə də alternativ nəqliyyat marşrutları ilə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …