Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə və qurumun strukturu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən olunub.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …