Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

Azərbaycan ECO ölkələrinin nəqliyyat nazirlərinin iclasında təmsil olunub

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nəqliyyat nazirlərinin 11-ci iclasında iştirak edib.

Boyukmillet.com xəbər verir ki, tədbir barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

“11-ci iclası keçirdik. İdeya və təcrübə mübadiləsi yolu ilə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş layihələr həyata keçirməkdə davam edirik”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, ECO 1985-ci ildə Tehranda İran, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə qurulub. Sonradan təşkilata Azərbaycan, Əfqanıstan və 5 Orta Asiya ölkəsi qoşulub.

Check Also

İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək. Boyukmillet.com …