Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi – VİDEO

Fransada klublararası güləş çempionatı start götürüb.

Boyukmillet.com xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanıb. Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib – 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək. 

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …