Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycan hərbçiləri Rusiyadakı “Vostok-2022” beynəlxalq təlimlərinə qatılacaqlar  

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərini müşahidə edəcəklər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək.

Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.

Təlimlərə silahlı qüvvələrdən Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyasına cəlb olunacaq.

Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.

“Vostok-2022”də beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər iştirak edəcək.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …