Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan içki və sirkə ixracından gəlirlərini 3 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur.

Hesabat dövründə içki və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,2 %-ni, idxal isə ümumi idxalın 0,55 %-ni təşkil edib.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …