Cümə axşamı , 4 İyul 2024
Drone Cameras

Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli bəlli olub

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərininiyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.

Cüdoçu Hidayət Heydərov (450) ikinci, idman gimnastı Nikita Simonov (430) isə üçüncü sıraya yüksəlib.

Bədii gimnast Zöhrə Ağamirova (340), cüdoçular Zelim Kotsoyev (330), Rəşid Məmmədəliyev (295), Yaşar Nəcəfov (290), Balabəy Ağayev (290), Elcan Hacıyev (290) növbəti sıralarda yer alıblar.

Check Also

Azərbaycan güləşçisi: Atası və anası vəfat edəndən sonra Tsurtsumiyanın həyatı tərsinə döndü

Atası və anası ard-arda vəfat etdi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi, atası isə infarkt keçirdi. …