Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycan idmançısı ABŞ-da yarışda qızıl medal qazanıb

Naxçıvan idmançısı Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnirində qızıl medal qazanıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, 10-12 yaşlı oğlanlar arasında 38 kq-dan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …