Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

Azərbaycan iki ayda 4 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə Boyukmillet.com Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,6 %, dəyəri isə 36,2 % azdır.

Ötən iki ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,51 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Check Also

Müharibə və neftin bahalaşması qlobal ərzaq qiymətlərini artırır, əkin sahələri isə azalır

Mart ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri artıb. Bu artım əsasən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi …