Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycan iqtisadiyyatı 1 %-dən çox artıb

Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Boyukmillet.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 % artıb.

ÜDM istehsalının 40,5 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i tikinti, 5,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18,6 %-i digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …