Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan lideri: “Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”

“Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”.

Boyukmillet.com  xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubda yer alıb.

“Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir”, – məktubda qeyd olunub.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …