Cümə , 22 Noyabr 2024
Drone Cameras

ANAMA: “İndiyədək Ağdamda mina partlaması nəticəsində 24 nəfər həlak olub”

“Ağdam şəhərində 780 ha ərazi təmizlənib və nəticədə 1 850 mina və partlamamış aşkar eidlib”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Bərdə-Ağdan elektrik xətti, Ağdam şəhərinə gedən yol təmizlənib: “Həmçinin yolun ətrafı da təmizlənib. Bizdə olan məlumata görə, 1991-ci ildən bu yana Ağdmın 51 məntəqəsində mina partlaması hadisəsi baş verib və nəticədə 24 nəfər həlak olub”.

“Vətəndaşlardan xahiş edirik ki, səfərlər zamanı bütün təhülkəsizlik tələblərinə əməl etsinlər”, – o vurğulayıb.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …