Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, 3-cü yarış günündə qadınlar arasında triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multiidman) növü üzrə fərdi mübarizədə çıxış edən Kseniya Levkovska 30:03 nəticə ilə gümüş medal götürüb. Birinci yeri ispaniyalı Tous Franciska (29:38) tutub. Bürünc medala isə Rumıniyanı təmsil edən Manak Antoanela (30:17) layiq görülüb.

Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Kevin Vinuela (26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Devay Mark (26:29) qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 16-dək davam edəcək I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılıb. Əldə edilən gümüş və bürünc komandanın ilk medalları olub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …