Cümə axşamı , 15 May 2025
Drone Cameras

Azərbaycan MN: “Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib”

Ötən sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib.

“Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən qeyd olunub.

Check Also

2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib

2024-cü ildə isə 51 hərbi qulluqçu vəfat edib 2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda …