Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir”

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür”, – nazirlikdən bildirilib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …