Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub.

“Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq. Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək. Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə məlumatda vurğulanıb.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …