Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …