Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycan Ordusuna sürücü axtarılır

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.

Tələb olunan sənədlər aşağıdakılardır:
– C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;
– şəxsiyyət vəsiqəsi;
– hərbi biletin surəti;
– tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …