Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Ordusunun bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub

Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, – nazirlikdən qeyd olunub.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …