Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Azərbaycan Ordusunun Türkiyəyə göndərilən 383 xüsusi təyinatlısı təlimi başa vurub

Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, – nazirlikdən bildirilib.

Təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.

Check Also

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz …