Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub.

Boyukmillet.com xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar.

“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi zati-aliləri cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineya Müstəqil Dövlətinin Daimi Nümayəndəsi zati-aliləri Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, – Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …