Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.
Boyukmillet.com xəbər verir ki, turun son oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. “Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Hazırda Ağdam klubu 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Rəqibindən 1 xal az toplayan “gənclik şəhəri” təmsilçisi isə 4-cü sırada yer alıb. Komandalar indiyədək ölkə çempionatında 35 dəfə üz-üzə gəliblər. Bu matçların 25-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 5 qarşılaşma isə heç-heçə yeunlaşıb. Topların nisbəti də “köhlən atlar”ın xeyrinədir – 77:18.
“Sumqayıt” 5 oyundur rəqibinə qalib gələ bilmir. “Qarabağ” isə son 11 ev matçında qələbə qazanıb.
Qeyd edək ki, IV turun ilk oyun günündə “Qəbələ” evdə “Səbail”i 5:0 hesabı ilə darmadağın edib, “Zirə” “Sabah”la sülh bağlayıb – 1:1. Ötən gün baş tutan matçda isə “Neftçi” “Keşlə”nin qapısından 3 cavabsız top keçirib.
Azərbaycan Premyer Liqası
IV tur
20 sentyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.