Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Azərbaycan Prezidenti: “Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”

Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, – Prezident İlham Əliyev vurğulayıb.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …