Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycan Prezidenti: “Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik”

“Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlamışdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlət başçısı bildirib:

“Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. Eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir”.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …