Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm”.

Check Also

İtaliya Azərbaycanla Ermənistan arasında dialoqu dəstəkləyir

İtaliya və Azərbaycan bir-biri üçün dost ölkələrdir. Bizim ölkələrimiz sülhün bərqərar olmasına və beynəlxalq sabitliyin …