Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycan Prezidenti: “Paşinyanın 7 şərtini başına vurduq”

“Bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.

“Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimizin üçün, xalqımız üçün belə igidlər yetişdirib ”, – dövlət başçısı vurğulayıb.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …