Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycan Prezidenti: “Zəfər parkında böyük xatirə kompleksi inşa ediləcək”

“Qələbə parkında hər bir şəhidin adı yazılıb. Zəfər muzeyi də yaradılacaq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.

“Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində – Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …