Çərşənbə , 1 May 2024
Drone Cameras

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə daha 4 şirkət üzv olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, AQC-dən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Vüqar Oruc rəhbəri olduğu cəmiyyət tərəfindən həyata keçirilən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarının başa çatdığını deyib. Qeyd edib ki, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı sertifikatlaşdırma kursları təşkil olunub. Sertifikasiyada iştirak edən, lakin minimal keçid balını toplaya bilməyən iştirakçılardan apellyasiya imtahanı götürülüb və yaxın günlərdə nəticələr açıqlanacaq.
V.Oruc gənc iqtisadçı Mikayıl Mirzəzadəni AQC sədrinin Türkiyə təmsilçisi təyin edildiyini diqqətə çatdırıb. Sədr daha sonra AQC sıralarına daha dörd qiymətləndirmə şirkətinin (“Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma” MMC) qəbul edilməsinə qərar verildiyini açıqlayıb. Beləliklə, quruma üzv olan şirkətlərin sayı 54-ə çatıb.
AQC sədrinin sözlərinə görə, sentyabr ayından etibarən rəhbəri olduğu qurum fəaliyyətini genişləndirəcək: “Dövlət, özəl və üçüncü sektorla təmasların artırılması, digər assosiativ qurumlarla əlaqələr və digər istiqamətlər üzrə fəaliyyət planımız artıq hazırdır. Qısa müddət ərzində digər istiqamətlərdə də fəaliyyət planları hazırlamağı nəzərdə tuturuq”.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 50-dən artıq qiymətləndirmə şirkətini ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …