Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycan Səhiyyə Nazirliyi Rusiya peyvəndini istifadə üçün təsdiqlədi

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən  verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: “Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq”.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …