Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycan sərhədini qanunsuz keçən İran vətəndaşına hökm oxunub

Beyləqan Rayon Məhkəməsində İran-Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən İran vətəndaşı Həmidi Bəhmənə hökm oxunub.

Boyukmillet.com  xəbər verir ki, hökm Beyləqan Rayon Məhkəməsində hakim Seyfəli Seyfullayevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

O, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, H.Bəhmən cari il sentyabrın 10-da “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə çalışarkən sərhəd naryadı onu saxlayıb.

Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozması müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …