Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub

Taliban höküməti hakimiyyətə gəldikdən sonra ölkələrindən qaçıb Azərbaycana İrandan qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları Haidari Ezatulla Abdulkasım və Seraj Helaluddin Serajeddinə hökm oxunub.

Boyukmillet.com xəbər verir ki, Astara Rayon Məhkəməsində keçirilən iclasda onlar 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar cəzalarını çəkdikdən sonra məcburi olaraq Azərbaycan ərazisindən çıxarılacaq.

İstintaq materiallarına əsasən, onlar sentyabrın 10-da gecə saatlarında “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə çalışarkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozduqları müəyyən olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, …