Şənbə , 22 İyun 2024
Drone Cameras

Azərbaycan şahmatçısı: ABŞ-də ölkəmizi təmsil etmək və inamlı qələbə qazanmaq məni sevindirdi

Yarışda ölkəmizi təmsil etmək və inamlı qələbə qazanmaq məni sevindirdi.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ-də keçirilən “Las Vegas International” turnirinin qalibi olan Azərbaycan şahmatçısı Vasif Durarbəyli deyib.

Keçirdiyi 9 oyunda 7,5 xal toplayan 32 yaşlı qrossmeyster çıxışından razı qaldığını bildirib: “Las Veqas Şahmat Festivalı 1967-ci ildən keçirilir. ABŞ-nin ən böyük tarixə malik olan açıq turniridir. Ümumilikdə 2000-ə yaxın şahmatçı və şahmatsevər iştirak edirdi. Yarışda ölkəmizi təmsil etmək və əminliklə qələbə qazanmaq məni sevindirdi. Ötən il bu yarışda birinciliyi bölüşdürmüşdüm, amma oyun keyfiyyəti məni qane etməmişdi. Bu dəfə bölgüsüz qələbə qazandım, həm də oyunların keyfiyyəti yüksək idi. Ümidvaram ki, növbəti yarışlarda eyni səviyyəni nümayiş etdirəcəyəm”.

V.Durarbəyli hazırkı hədəfinin milli komandanın heyətinə daxil olmaq və qarşıdan gələn olimpiadada medallar uğrunda mübarizə aparmaq olduğunu vurğulayıb.

Check Also

Azərbaycan idmançısı  Avropa birinciliyinin qalibi olub

Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa …