Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər

Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər.

Bu barədə hərbi mənbələrdən məlumat verilib.

Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər.

Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.

5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Onların faktiki vəzifələri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçmək, məsləhətlər vermək, yardım göstərmək və dəstək olmaqdır. Azərbaycan hərbçiləri digər ölkələrin qoşunları ilə birlikdə Əfqanıstanın müxtəlif şəhərlərində fəaliyyət göstərirlər.

Check Also

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb. Boyukmillet.com xəbər verir ki, bunu …