Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan-Türkiyə təlimlərinin növbəti mərhələsi

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …