Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycan Türkiyədəki yanğın bölgələrinə 1000 ton su paylayıb

Azərbaycan texnikaları və canlı qüvvəsi Türkiyədəki yanğın bölgələrinə 1000 ton su boşaldıb.

Boyukmillet.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib.

O qeyd edib ki, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir:

“İndiyədək helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 ton su tökülüb. Amfibiya təyyarəsi ilə isə 76 uçuş əməliyyatı həyata keçirilib ki, bununla da yanğın ərazisinə 615 ton su boşaldılıb. Ümümi olaraq Azərbaycan aviasiya texnikaları vasitəsilə yanğın olan ərazilərə 1000 tona yaxın su boşaldılıb”.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …