Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalanıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün iki sənəd imzaladıq. Bunlar iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında və iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənədlərdir”, – XİN başçısı vurğulayıb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …