Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfinə bildiriş göndərməlidir.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …