Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Boyukmillet.com xəbər verir ki, o, Belarusun “Torpedo-BelAz” və Danimarkanın “Kopenhagen” klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …