Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycan və Gürcüstanın dörd şəhəri qardaşlaşacaq 

Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq.

Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.

Səfər çərçivəsində bir neçə dövlət qurumunda görüşlər də keçiriləcək.

Qeyd edək ki, Gürcüstandakı səfirliyimizin təşkilatçılığı ilə ötən ilin iyul ayında Tbilisi şəhərinin meri Kaxa Kaladzenin Bakı şəhərinə səfəri baş tutub və səfər çərçivəsində iyulun 13-də Bakı ilə Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …