Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Qazaxıstan arasında logistika və müştərək layihələrin icrasına dair saziş imzalanıb

Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb.

Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurətini qeyd ediblər.

Görüşün sonunda logistika və müştərək layihələrin icrasına dair əməkdaşlıq sazişi imzalanıb.

2021-ci ildə TITR vasitəsilə daşımalar 586,2 min ton, konteyner daşımaları isə 25 270 TEU təşkil edib. Cari ilin birinci rübündə marşrut üzərindən 266,3 min ton yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 123 % çoxdur. Konteyner daşımaları da 5 847 TEU, yəni ötən ilin müvafiq dövrünə nisbətən 19 % çox olub.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …