Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlıq barədə razılaşıb

Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) “Qazaxıstan Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Sazişin ratifikasiyası haqqında” qanun layihəsini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı inbusiness.kz saytı yayıb.

Məlumata görə, qanun layihəsini Məclisin plenar iclasına Qazaxıstan daxili işlər naziri Yerlan Turqumbayev təqdim edib.

O çıxışında bildirib ki, bu sənəd iki ölkənin təcrübə, statistika və məlumat mübadiləsi aparmasına, qanunsuz miqrasiya və digər problemlərinin həllinə imkan verəcək. Həmçinin Qazaxıstan və Azərbaycan vətəndaşlarının hüquqi statusu müəyyən ediləcək.

Y.Turqumbayevin sözlərinə görə, Qazaxıstana 2018-ci ildə, təxminən, 50 min, 2019-cu ildə isə 48 mindən çox Azərbaycan vətəndaşı gəlib. Azərbaycana 2018-ci ildə 28 min, 2019-cu ildə isə 29 min qazaxıstanlı səfər edib.

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …