Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Azərbaycan və Rusiyanın turizm şirkətləri onlayn görüşlər keçirib

Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə təşkil olunmuş onlayn görüşlərdə iki ölkənin turizm şirkətləri arasında tərəfdaşlığın təşviqi müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, B2B (Biznesdən biznesə) formatında təşkil olunmuş görüşlərdə Rusiyanın Moskva, Sankt-Petersburq, Yekaterinburq və Kazan şəhərlərindən olan turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.

Görüşlərdə pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilər üçün görülmüş hazırlıq işləri, Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tələb olunan prosedur və qaydalar, həmçinin iki ölkə arasında yeni açılmış aviauçuşlar barədə məlumat verilib.

Onlayn görüşlər çərçivəsində son dövrdə Azərbaycanda yaradılmış yeni turizm marşrutları və yeni istifadəyə verilmiş hotellərdən danışılıb, həmçinin bu istiqamətdə şirkətlər arasında ikitərəfli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunub.

İyunun 10-dan etibarən Rusiya Federasiyası vətəndaşları müəyyən olunmuş şərtlər daxilində hava yolu ilə Azərbaycan ərazisinə səfər edə bilərlər.

Check Also

Bakıda Ağ Şəhərdə “Comfort Holiday Travel” şirkətinin yeni ofisinin açılış mərasimi keçirilib

Açılış mərasimində tanınmış ictimaiyyət nümayəndələri, turizm bloqerləri, sahibkarlar o cümlədən media nümayəndələri iştirak ediblər. Öncə …