Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycan və Türkiyə bayraqları ilə – MÖHTƏŞƏM YÜRÜŞ – FOTOLAR

Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtulmasının 101-ci ildönümü münasibetilə Acı Dərə Şəhidliyinə Türkiyənin Bakıdakı səfirliyi və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “101-ci İl Yürüşü” həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, yürüşdə Müdafiə Nazirliyinin çox sayda əsgəri qatılıb. Yürüşdə 101 Türkiyə və 101 Azərbaycan bayrağı daşınıb.

Qeyd edək ki, yürüşdə Şamaxı yaxınlğındakı naməlum türk zabitinin məzarı ziyarət olunub. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Türk şəhidlərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyub. Tədbirdə Türkiyədən Azərbaycana gəlmiş qazilər də iştirak edib.

15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunun 101-ci ildönümü münasibətilə gerçəkləşdirilən “101-ci il Yürüşü”ndən görüntüləri təqdim edirik.

1

1
1
1
1
1
1
1
1

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …