Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları istehsal edəcək

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …