Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Azərbaycan və Türkiyə BTQ üzrə yük daşımalarını optimallaşdıracaq

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə razılıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşündə əldə edilib.

“Bu gün TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşdük. Türkiyəli həmkarlarla Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət proqramını geniş müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırdıq”, – sədr əlavə edib.

Check Also

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan …