Drone Cameras

Azərbaycan və Türkiyə rəsmiləri Naxçıvan dəhlizi məsələsini müzakirə edəcək

“Türkiyə Naxçıvan nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan tərəfi ilə iş aparır. Gələn həftə Azərbaycandan Türkiyəyə rəsmi səfərlər olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu” agentliyinə Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Onun sözlərinə görə, görüşlərdə Naxçıvan dəhlizi mövzusu yenidən gündəmə gələ bilər.

Xatırldaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanatda da Naxçıvan dəhlizinin açılması məsələsi yer alıb. Bəyanatda bildirilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …