Cümə axşamı , 9 May 2024
Drone Cameras

Azərbaycan və Türkmənistan svop qaz tədarükünün bərpası ilə bağlı danışıqlar aparır

Bakı və Aşqabad qazın svop tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparır.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.

NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb: “Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır”.

Bildirilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb. Bu sənədlə Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının nəqli nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …