Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Müdafiə Nazirliyinin keçmiş idarə rəisi 15 milyon manat mənimsəməkdə ittiham olunur

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı – Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

Müttəhim Fuad Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. O, ittihama münasibət bildirərkən, atasının təqsirsiz olduğunu deyib.

Hüquqi varis cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə də həbs qoyulub.

Hazırda həbsdə olan digər təqsirləndirilənlər də ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Prosesin sonunda məhkəmə araşdırmasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Check Also

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər …