Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son günlər ərzində 34 əcnəbi ölkədən çıxarılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları deportasiya edilib.

Qanunvericiliyə əsasən, onların Gürcüstana yenidən girişi qadağan olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, Miqrasiya Departamenti qeyri-qanuni miqrasiya ilə mübarizə aparır, qanunsuz şəkildə ölkədə olan xarici vətəndaşların müəyyənləşdirilməsi və deportasiyası da onun səlahiyyətlərinə daxildir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …