Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Xorvatiyadan minatəmizləmə avadanlıqları alıb

“Məmnunluq hissi ilə onu qeyd etmək istəyərdim ki, artıq Xorvatiya Respublikası ilə mina təmizləmə sahəsində əməli işlər həyata keçirilir”.

Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xorvatiyadan müvafiq avadanlıqlar sifariş edilir və onlar Azərbaycana çatdırılır. Bu sahədə mövcud təcrübələrdən faydalanmaq məsələləri ilə bağlı fikir mübadiləsi həyata keçirdik”, – o bildirib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …